
Bu gün on yaşlı Allahverdi Duyğu balamız Respublika Diaqnostika Mərkəzinə ürək əməliyyatı üçün daxil olub. Əməliyyat ürək-damar cərrahı Anar Əmrah tərəfindən aparılacaq. Duyğu balamız üçün dualarınızı əsirgəməyin! Onun sizin dualarınıza ehtiyacı var. Allahın köməyilə əməliyyat uğurlu keçər!!
Сегодня в Республиканский Диагностический Центр для операции на сердце поступила наша десятилетняя девочка Аллахверди Дуйгу. Операцию будет делать кардиохирург доктор Анар Эмрах. Помолитесь за Дуйгу, она нуждается в наших и ваших молитвах! С помощью Аллаха операция пройдет успешно и Дуйгу в скором времени выздоровит!
Bu gün üç aylıq Fərzəliyev Məhəmməd balamız Mərkəzi Gömrük Hospitalına ürək əməliyyatı üçün daxil olub. Əməliyyat peşəkar ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən aparılacaq. Məhəmməd balamız üçün dualarınızı əsirgəməyin! Onun sizin dualarınıza ehtiyacı var. Allahın köməyilə əməliyyat uğurlu keçər! Məhəmməd balamızın əməliyyatının bütün xərclərini öz üzərinə götürən Səbinə Rəhimovaya xüsusi minnətdarlığımızı bildirmək istəyirik! Səbinə xanım Rəhimova hər zaman bizə həm maddi, həm də mənəvi dəstək olan dostlar sırasındadır!
Dostlar bu gün bir yaşlı Bağırzadə Hüseyn balamızın Mərkəzi Gömrük Hospitalında peşəkar ürək damar cərrahı @dr.resadmahmudov tərəfindən keçirdiyi əməliyyat uğurla tamamlandı. Allaha çox Şükür! Hüseyin balamız indi reanimasiyadadır, və yaxın zamanlarda palataya köçürüləcək. Dualarınız və dəstəyiniz üçün hamınıza təşəkkür edirik!
Dostlar! dörd yaşlı Abdullayev Orxan balamızın balon valvuplastika əməliyyatı uğurlu keçdi. Orxan balamız özünu yaxşı hiss edir və artıq palatadadır. Hər birinizə dəstəyiniz üçün, köməyiniz üçün, dualarınız üçün təşəkkürümüzü bildiririk.